Ya Əli, mən göz açandan səni Mövla bildim
Ya Əli, mən göz açandan səni Mövla bildim Müəllif: Vüqar Biləcəri Tərcümə edən: Hüseyn Cəlilov |
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 15. |
Ya Əli, mən göz açandan səni Mövla bildim,
Tək səni mərtəbeyi-eşqdə əla bildim.
Mən kiməm ki, sənin Haqqında söz icad eləyim,
Feyzi-nitqindir edən nitqimi güya bildim.
Sənə kim versə könül, verməz o dünyaya könül,
Mənə dünya nə gərəkdir, səni dünya bildim.
Nuri-Həq vəchi-şərifində təcəlla eləmiş,
Sən qərar eylədiyin hər yeri sina bildim.
Nola, bir qətrə mənə lütf edəsən vəsl meyin,
Səni, ey saqiyi-pir, lütfdə dərya bildim.
İntiha payəsisən mərtebeyi-irfanın,
Səni dəryayi-elm, mənbeyi-təqva bildim.
Ya Əli, yumdu Vüqar cümlə gözəlliklərə göz,
O zamandan ki, səni yari-dilara bildim.