Ya Əli, ya Əli, ya Əli, ya Əli
Ya Əli, ya Əli, ya Əli, ya Əli Müəllif: Vüqar Biləcəri Tərcümə edən: Hüseyn Cəlilov |
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 54 |
Ya Əli, ya Əli, ya Əli, ya Əli,
Əli, Mövla Əli, ya Əli, ya Əli.
Sən bu gözəllikdə gözəllik göyünün mahisən,
Şiələrin ruzi-qiyamətdə ümidgahisən,
Başımızın tacı, könül mülkümüzün şahisən,
Baş qoyarıq biz, hara sən qoysan ayaq, ya Əli.
Sənsən ədalətdə ədalətlilərin rəhbəri,
Şiri-Xuda, cümlə şücaətlilərin rəhbəri,
Həm əlaçıqlıqda səxavətlilərin rəhbəri,
Kimsəsizə, bikəsə, məzluma dayaq, ya Əli.
İzzətə ləbbeyk deyib, yox demişik zillətə,
Biz səni, şahım, tanıdıqca gəlirik heyrətə,
Sənsən ədalət günəşi şölə saçan zülmətə,
Aşiqə nurundu qaranlıqda çıraq, ya Əli.
Bəxtəvər ol kəsdi ki, şahım, sənə zəvvar ola,
Sən ona lütf eyləyəsən qəlbi fərəhlə dola,
Şəhri-Nəcəf səmtinə karvanla düşərdim yola,
Mən də olardım kaş o dərgahə qonaq, ya Əli.