Ya gəlinər, ya gəlinməz

Ya gəlinər, ya gəlinməz
Müəllif: Qaracaoğlan
Mənbə: Azərbaycan Aşıqlar Birliyi (2020). Ustad nəfəsli saz-söz ərməğanı (az). “Zərdabi Nəşr” MMC nəşriyyatı. Orijinal mənbədən 17 iyun 2023 tarixində arxivləşdirilib. Yoxlanılıb 17 iyun 2023.

Gəl könül, qürbətə getmə,
Ya gəlinər, ya gəlinməz.
Hər gözələ meyil etmə,
Ya sevilər, ya sevilməz.

Ərənlərdir bil, zatımız,
Yüyrəkdir bizim atımız.
Qürbət eldə qiymətimiz,
Ya bilinər, ya bilinməz.

Qaracaoğlan düşsə yola,
Xızır yardım etsin belə.
Yar dediyin dəmir qala,
Ya alınar, ya alınmaz.