Ya mən deyiləm
Ya mən deyiləm Müəllif: Abbas Tufarqanlı |
Mənbə: "Aşıq təcnisləri" (şeir antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, 2022. |
Nə baxırsan gözü qanlı haramı?
Sən deyən günahkar ya mən deyiləm.
Hər şəhərin bir adı, bir sanı var,
Mən Misir şəhriyəm, Yəmən deyiləm.
Yarın qapısında üz qan eylədim,
Əl uzatdım, çəkdim üz qan eylədim,
Bir könülə dəydim, yüz qan eylədim,
Mən ki, bir kəs ilə yaman deyiləm.
Abbas ağlar, libasmı soydular,
Zülm eyləyib qönçə gülün soydular,
Hərcayilər qaş oynadıb soydular,
Elə deyil, yarım, ya mən deyiləm.