Ya rəb, nə oldu bülbülə gülzarə gəlmədi

Ya rəb, nə oldu bülbülə gülzarə gəlmədi
Müəllif: Məşədi Əbdül Şahin
Mənbə: Ənvər Çingizoğlu. Məşədi Murad uşağı. "Soy" dərgisi, 10(18) 2008.

Ya rəb, nə oldu bülbülə gülzarə gəlmədi,
Şaxi-gül üstə gəlməyə göftarə, gəlmədi?!

Ya mümkün olmadı keçə seyli-sirişkimi,
Ya kim, düşüb yüzündə gözü qarə, gəlmədi.

Müjgan oxun o qaşı kaman vurdu sinəmə,
Səyyadə bax ki, seydə vurub yarə, gəlmədi.

Can riştəsi əlimdə bəha tari-zülfünə,
Gözlər gözüm o Yusifi, bazarə gəlmədi.

Hər qədr dəydi səngi-məlamət bu cismimə,
Bir dəm hədisi-eşqini inkarə gəlmədi.

Qəddim kəman olub qaşı tək intizardən,
Bəxtim kimi o türrələri qarə gəlmədi.

Şahin, səbu su üstə sınar, şanə zülfdə,
Yoxsa çəkildi zülfdə dil darə, gəlmədi?!