Ya uzun zülfünə dilbəstədi kutah gecə

Ya uzun zülfünə dilbəstədi kutah gecə
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 21.

Ya uzun zülfünə dilbəstədi kutah gecə,
Ya günəş tələtin heyranıdı, ey mah, gecə.

Nə günüzlər qəmə bənzər qəmimin qəmxari,
Nə də var şöleyi-ahım kimi həmrah gecə.

Ah, kim düşmənim imiş səsi batmış naləm,
Xəlqə əsrari-nihanım qılar agah gecə.

Qoşulum kaş səri-kuyin dolanan itlərinə,
Ümmətə şeir hürüm, gah səhər, gah gecə.