Yadıma düşdü (Aşıq Alı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yadıma düşdü Müəllif: Aşıq Alı |
Nə qədər dolandım Turan elini
Yenə öz torpağım yadıma düşdü.
Sarınər yaylağı, Göyçə mahalı,
Öz gözəl oylağım yadıma düşdü.
Gəlib xəyalımdan keçdi o çağlar,
Yay fəsli atlanıb gələn qonaqlar.
O güllü, çiçəkli alışan dağlar,
O Qiblə bulağım yadıma düşdü.
Qızıl dağı, Məciddinin oylağı,
Doğma yurdun doğma odu, ocağı.
Alının köksündə hicranın dağı,
O qaymaq dodağım yadıma düşdü.