Yada düşən yar
Yada düşən yar Müəllif: Varxiyanlı Aşıq Məhəmməd |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Yenə bu könlümə saldın bir talan,
Nihan yerdə gəlib yada düşən yar.
Əzəl mənim ilə danışıb-gülən,
İndi yadlarman bayramlaşan yar.
Doğrayıban ciyər-bağrım yargilən,
Xəzəl kimi saralıban solgilən,
Hara getsən, qayıdıban gəlgilən,
Ya bir ərin ölsün, ya da boşan yar.
Məhəmmədin könlün sən dəlməyəsən,
Bu dünyadan bir mətləb almayasan,
Günün qara keçsin, heç gülməyəsən,
Həmişə ağlamaq olsun peşən yar.