Yalvara-yalvara (Qaracaoğlan)
![]() |
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yalvara-yalvara (XVII əsr) Müəllif: Qaracaoğlan |
Yar gərək yarın qeydinə,
Qala yalvara-yalvara.
Yüz naz ilə qol-boynuna
Sala yalvara-yalvara.
Sevdim bir sərxoş Leylini,
Yadlara verməz meylini.
Küsdürüb sınıq könlümü,
Ala yalvara-yalvara.