Yan açdım, "açıl, ey qönçə dəhanım" deyərək

Yan açdım, "açıl, ey qönçə dəhanım" deyərək
Müəllif: Yusif Nabi
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Yan açdım, “açıl, ey qönçə dəhanım” deyərək,
Bəzmə gəldi, gəl, ey sərvi-rəvanım deyərək.

Payinə bari bu təqrib ilə düşsəm yarın,
Qalmadı ah, mədət, tabi-təvanım deyərək.

Ah, bir kərrə miyanını alıb ağuşa,
Sinəmə çəksəm o simintəni canım deyərək.

Yar söylətdi mənə bu qəzəli, ey Nabi,
Söyləyə-söyləyə ey tazə-zəbanım deyərək.