Yananı gözdə
Yananı gözdə Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 110 |
Sərəfraz gəzirsən büllur otaqda,
Qıraqdan oduna yananı gözdə.
Hədyan söz danışma ağır yığnaqda,
Ya namuslu gözdə, ya nanı gözdə.
Cəsəd üstə təşbeh olub ziya da,
Eşidənlər nifrin eylər ziyada.
Məhəbbət əhlinin eşqi ziyada,
Ataşı ürəkdə, yananı gözdə.
İman dildə cəm saxlayar asarı,
Kəmənd əldə, at xədəngin, ha sarı.
Çəkəndə nəqqaşı sirri-hasarı,
Dedi: vaxta kimi yan, anı gözdə.