Yanaram (Molla Cümə)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yanaram Müəllif: Molla Cümə |
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Təcnis |
Fərhad kimi cani-sərdən keçmişəm,
Kərəm kimi alışaram, yanaram.
Bir meyvəyəm qədirsizə düşmüşəm,
Ya heyvayam, ya almayam, ya naram
Əlif-beydən mən axtaram bu satdı,
Dost peşmandı, düşmənlərə büsatdı,
Sərt heyvandım, cilovlayıb bu satdı,
Ya pələngəm, ya aslanam, ya naram.
Doqquz ay dolanıb qar qışa düşdü,
Hicranım artdıqca qarğı işə düşdü,
Yəqin Molla Cümə qarğışa düşdü,
İsmi Pünhan məndən sərtdir, yanaram.