Yandım
Müəllif: Ağ Aşıq Allahverdi
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23.

Yenə yada düşdü nakam eşqimiz,
O gözün oduna bir daha yandım.
Məhəbbət ötəri hal ha deyilmiş,
Ah çəkdim Kərəm tək of, aha yandım!

Yaram hələ sağalmayıb, qaysardı,
O səs məni ötən günə qaytardı.
Varlığımı haray sardı, hay sardı,
Od tutdu bu canım, daha oysandım!

Vəfalı dilbərim üzümə güldü,
Şux baxdı üzümə, qəlbimi bildi.
Ağ Aşıq, Süsənbər bir əhli-dildi,
Görüncə üzünü ilahə sandım.