Yandım fəraq odunda pərvanələr misalı
Yandım fəraq odunda pərvanələr misalı Müəllif: Vüqar Biləcəri Tərcümə edən: Hüseyn Cəlilov |
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 107 |
Yandım fəraq odunda pərvanələr misalı,
Dözdü bəlalı könlüm mərdanələr misalı.
Xurşidi-eşq doğdu nuri-məhəbbət ilə,
Doldu sevən könüllər peymanələr misalı.
Qaşlar hilalə bənzər, ləblər nəbat şəkkər,
Ağ dişlərin sərasər dürdanələr misalı.
Qəlbimdə fikri-ləlin məskən tutan zamandan,
Zəngin xəzinə gizlər viranələr misalı.