Yarın cəfası cümlə vəfadır, cəfa degil
Yarın cəfası cümlə vəfadır, cəfa degil Müəllif: İmadəddin Nəsimi |
Yarın cəfası cümlə vəfadır, cəfa degil,
Yarım cəfa qılur deyən əhli-vəfa degil.
Mə’şuqu hər nə qılsa rəvadır mühibbinə,
Illa fəraq oduna yaxmaq rəva degil.
Hər kimsənin ki, qibləsi, ey can, sən olmadın,
Irağə düşdü Kə’bədən, əhli-səfa degil.
Eşqin əgərçi adını aqil bəla qomuş,
Nə’mülbəladır əhlinə, bə’sülbəla degil.
Qanı cahanda, ey könül, ol vəhdət əhli kim,
Yüz min bəlavü möhnət ilə mübtəla degil.
Səbrin şərabi gərçi müfərrihdir, ey həkim,
Aşiqlərin davası bu acı dəva degil.
Ey sevmə əhli-hüsnü camalı, deyən mana,
Görməz gözün bu gözü əcəb, gər ə’ma degil.
Surətdə adəm oğluvü mə’nidə div olan
Oldur ki, həqqi tanımamış, aşina degil.
Surətdə gərçi bənzişi çoxdur Nəsiminin,
Mə’nidə adı hər həcərin kimiya degil.