Yar aşiqi həsrət çəkər
Yar aşiqi həsrət çəkər Müəllif: Xəstə Bayraməli |
Mənbə: Xəstə Bayraməlinin şeirləri (1898-1952). goyce.az, 27.12.2018 |
Yar aşiqi həsrət çəkər,
Pərvanələr oda yansa.
Məcnun olar dəli könlüm,
Leyli deyib, dağ dolansa.
Namərd keçsə ixtiyara,
Tərlan möhtac olar sara.
Mərd igid çəkilər dara,
Gədə durub lovğalansa.
Möhtac olsam tülkülərə,
İstərəm, yem olum şirə.
Bayraməli dönər Kürə,
Şair təbi dalğalansa.