Yar ala məni
Müəllif: Dirili Qurbani
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05.

Dedim, Pәrim, yandım eşqin oduna,
Demәdim, atәşdәn yar ala mәni.
Dedim, şәfa üçün loğmana gәldim,
Demәdim, oxlayıb yarala mәni.

Dedim, niyә tәrsә döndü baxdı yar?
Demәdim, çöllәri gәzә, bax diyar.
Dedim, aşiqinә ola baxdiyar,
Demәdim ha sata yar ala mәni.

Dedim, Qurbaniyәm, bir gül istәdim,
Demәdim, buluddan bir gül istәdim.
Dedim, әllәrindәn bir gül istәdim,
Demәdim, çatdırsın yar ala mәni.