Yar vəslin istəyən kəsmək gərək candan təmə
Yar vəslin istəyən kəsmək gərək candan təmə Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.172. |
Yar vəslin istəyən kəsmək gərək candan təmə’,
Hər kişi kim vəsli-yar istər, kəsin ondan təmə’.
Aruziyi-vəsli-canan, canə afətdir, könül,
Ya tə’əllüq candan üz, ya vəsli-canandan təmə’.
Çün mənə bir zərrə yox tabi-təmaşayi-cəmal,
Mən kiməm, vəsl etmək ol xurşidi-rəxşandan təmə’.
Aşiq oldur kim, təmənnayi-bəlayi-hicr edə,
Yoxsa çoxdur mehr edən ol mahi-tabandan təmə’.
Rişteyi-tuli-əməl dami-bəladır, neyləyim,
Üzmək olmaz ol səri-zülfi-pərişandan təmə’.
Arizin görmək həyatım tazə eylər, vəh nə eyb,
Gər gəda vəchi-mə’aşın qılsa sultandan təmə’.
Müttəsil hirman qılır hasil təmə’dən əhli-hirs,
Türfə kim, artar ona gəldikcə hirmandan təmə’.
İstər olsan həsrətü hirmanə hər dəm düşməmək,
Kəs, Füzuli, dəhrdən ümmidü dövrandan təmə’.