Yaraşığı
Yaraşığı Müəllif: Varxiyanlı Aşıq Məhəmməd |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Bugünkü seyrimdə bir gözəl gördüm,
Nəzəri, ötəri yol yaraşığı.
Ağlım başdan getdi, bənd olub qaldım,
Baxışı ceyrandı, çöl yaraşığı.
Səhər sevdasmda baxırsan mana,
Məni öldürübən düşərsən qana,
Yaxşıca rast gəldi tülək tərlana,
Bu necə sonadı, göl yaraşığı.
Yazıq Məhəmmədi salmısan dərdə,
Üzünə çəkmisən humayun pərdə,
Məclis, mərəkədə, xeyirdə, şərdə,
Əcaib gəzirsən, el yaraşığı.