Yara yüz (Qurbani)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yara yüz (Qurbani)
Müəllif: Dirili Qurbani
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05.

Gözәl adam, gәl Allahı sevәrsәn,
Daldalanma, bir dә görkәz yara yüz.
Yastana gör yarın astanasında,
Qulluq eylә, xidmәt eylә yara yüz!

Sağdan vurdu, soldan çıxdı sağ әlim,
Sağ qoşundu, sol lәşkәrdi, sağ elim,
Nagümanam mәn bu dәrddәn sağalım,
Tәbib birdi, dәrd min birdi, yara yüz.

Qurbani der: Munda gәldim yar üçün,
Kәs, kәs, kabab doğra bağrım, yar için,
Yar odur kim, yardan sonra yar üçün
Zülf dağıda, yaxa yırta, yara yüz.