Yaralı durnam
Müəllif: Şifahi xalq ədəbiyyatı

Evlərinin dalı təpə,
Yağış gələr səpə-səpə,
Oyadaram öpə-öpə.

Üç telli, dörd telli, beş telli durnam.
Sən haralısan, haralı durnam?
Ovçu əlindən yaralı durnam,
Yaralı,yaralı, yaralı durnam.

Evlərinin dalı qaya,
Qayadan baxarlar aya,
Mənim yarım ağca maya.

Üçtelli, dördtelli, beştelli durnam!
Sən haralısan, haralı durnam,
Avçı əlindən yaralı durnam?

Mənbə

redaktə
  • El Çələngi. Bakı,2004, səh.72.