Yaralı mənəm
Yaralı mənəm Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 111 |
Fələyin əlindən, qəhri-qəzadan,
Dolanan sinəsi yaralı mənəm.
Alışıb dumanı qalxan əzadan,
Qurduğun həmişə, yar, alı mənəm.
Ovu getsə çəkər qəm bazarından,
Gələrmi məclisə qəmbaz arından!?
Yüklənən karvanı qəm bazarından,
Geyinən qəddinə, yar, alı mənəm.
Səyyad heyran olub ovu daşdadı,
Gözlədim, fələyin ovu daşdadı.
Biçarə İmanın ovu daşdadı.
Səslənib gəl deyir yaralı mənəm.