Yaralı quş (1913)
Müəllif: Əhməd Cavad
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Yaralıdır könlüm quşu, yaralı,
Yaralandı yazıq aşiq olalı.
Bir dərinlikdə ki, hər düşən çıxmaz,
Qurtulmaq istəyir, qanad yaramaz.
İmdadına gələn, ümidindən az,
Yaralıdır könlüm quşu, yaralı!
Dost ararkən ovçu çıxdı yoluna,
Əzrail sağına, Ölüm soluna!
Vurma, ovçu qanadına, qoluna,
Yaralandı yazıq şair olalı!
Aman ovçu, bunun halına düşün!
Gözündə yaşı var, qoy onu töksün.
Sonra amadədir ölümə hər gün,
Yaralıdır könlüm quşu, yarah!
Kədərli bir qəlbin yanıq fəğanı
Yandınr ürəyi daşdan olam.
Ovçu, bu çırpınır, öldürmə bunu!
Yaralandı yazıq aşiq olalı!
Yurdundan aynlraış, yuvadan uzaq...
Dostunun gözündən, könlündən iraq.
Ümidi sənədir, ey yaradan haqq!
Yaralandı yazıq şair olalı.