Yarasan məni
Yarasan məni Müəllif: Aşıq Alı |
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.270 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman) |
Əl çəkmərəm, baba, əhdi peymandan,
İstər şəmşir alıb yarasan məni.
Mürğü şəbistanam fəhmən uçaram,
Sanasan zülmətdə yarasan məni.
Sər düşdü nagahan dara çəkindi,
Mübtəla ahından dara çəkindi.
Tənəf gərdənində, dara, çək indi,
Ya yetir, vüsali-yara sən məni.
Alı xəcil oldu, ayağa baxdı,
Sərsəri didədən ay ağ ab axdı.
Hər kəsin dəstində ay ağa baxdı
Qurtarar bu qəmdən yar, asan məni.