Yarlınqaç
Yarlınqaç Müəllif: Əhməd Cavad |
Ala gözlü, qumral saçlı, altı-yeddi yaşında,
İçin-için ağlayırdı bir qız soqat başında.
İnrəm işdi1, sızlamışdı, çıxmaz idi davuşu
Bir arliyi anladırdı bəni, bənizi, görünüşü.
Yaxa açıq, yalın ayaq, yürüncəksiz, yalanqaç,
Ə1 açaraq ötənlərdən umar idi yarlınqaç.
Ona-buna yalınmaqdı5 gecə-gündüz vərdişi,
Acımazdı о sevgili yavrucığa bir kişi.
Şu yavlağı1 görən kimi imləyici bir qadın,
Göz yaşını sildi onun, sonra soruşdu adın.
Dedi: - Qızım, nerəlisən?
Dedi: - Yuvam dağılmış,
Üç gün olar qamım acdır...
- Atan-anan nə olmuş?
- Atam -anam vardı, məni ərkələrdi, istərdi
Ikisi də gözlərinin bəbəyi tək bəslərdi.
N ə etməli, keççən ayda töküldülər yağılar,
Atamı da, anamı da göz önündə qırdılar.
- Kim lər idi qıldıqsızlar?
- Böylə işi kim edər?
Yarlınqaçsız, qan içici, qurt yovsunlu kişilor!
- Kimin, kim sən varmı, qızım?
- Tutan yoxdur əlimdən.
Bir kimsəni tanımıram, ayrılmışam elimdon.
- Yatacağın nə yerdədir?
- О ağacın altında!
Ağacınmı dedin?
- Əvot, qaraqullar qoyarsa?
Uf! No acı gün keçirmiş bu sevgili göyorçin!
Bir körpoyo yararmı ki, ağlasın için-için?!
- Monim qızım olarsanmı?
- Saxlar isən olaram!
İstor isən ana deyib sənə höyür salaram!
- Öylə isə, dur evimo, qızım, soni aparım.
- Evinəmi?
- Əvət, soni bu qarqudan qurtarırn.
Gedək, qızım, gedək sənə yaxşı paltar alayım!
Yernok verib ərkələyim, səno höyür salayım!