Yarmarka səfəri
Yarmarka səfəri Müəllif: Şifahi xalq ədəbiyyatı |
Günlərin birində Xyolmyolı kəndindən olan kəndlilər şəhərə səfərə çıxdılar. Yol çox uzun idi və onlar bir evdə gecələməli oldular. Atları açıb yedirtdilər, səhərisi gün heç bir şeyi dəyişik salmamaq üçün - Xyolmyolı kəndinin sakinləri çox unutqan idilər, - kirşələrinin dişlərini şəhər tərəfə çevirdilər.
Təsadüfən ordan bir yolçu keçməli oldu. О zarafatla kirşələri geri çevirdi.
Səhər yuxudan oyanan kəndlilər atlarını qoşdular və tələsik yola düşdülər.
Az getdilər, çox getdilər, bir xeyli yol qət etdilər. Birdən bir qoca dedi:
- Вах, biz sanki dünən burdan keçmişik.
- Yer üzündə bir-birinə bənzəyən yerlər çoxdur, - deyə ona cavab
verdilər.
Kəndlilər meşənin içinə girdilər, qoca yenə qışqırdı:
- Bu kənd necə də bizim kəndimizə bənzəyir!
- Bütün kəndlər eynidir, - deyə cavab gəldi.
Qoca yenə qışqırdı:
- Bu mənim evim deyil ki?
- Sən nə danışırsan? - deyə kimsə güldü. - Sənin evin çox uzaqlarda
qaldı.
Qocanın arvadı isə ərinin səsini eşidib evdən çölə çıxdı.
- Bu qadın da sanki mənim arvadımdır, - deyə qoca quruyub qaldı.
Qarı onlara yaxınlaşanda hamı başa düşdü ki, doğrudan da gəlib doğma kəndlərinə çıxıblar! Çox təəccüblü iş idi!