Yasaqlar
Yasaqlar Müəllif: Şifahi xalq ədəbiyyatı |
- Axşamlar evi süpürmək olmaz. Süpürəndə də zibili çölə atmaq olmaz. Yalnız zibili evin bir küncünə qoyub səhərisi atmaq lazımdır. Zibil atılsa, evin bərəkəti yoxa çıxar.
- Axşam naxır gələnnən sora başqa adama həyətdən su verməzdər, yoxsa evin xeyir-bərəkəti qaçar.
- Gecə vaxdi ağacın altına, suyun başına getməzdər. Yoxsa adam vırmalı, çalmalı olur.
- Gecə vaxdı axar suya əl basmazdar, çünki su gecələr mələhlərin olur. Onnarı narahat eləsən, sənə zəfər toxuyallar.
- Gecə vaxdı suyun başına getsən bizdən yeylər vurar səni.
- Günəş batandan sonra evdən başqasına heç nə vermək olmaz. Yoxsa evin bərəkəti də gedər.
- Şər qarışanda yatmazlar. Şər qarışanda qismət paylanır, deyirlər.
- Şər vaxdı qapı ağzında oturmazdar. Çünki bu vaxdı cinnər keçir bırdan, adama şəpələri dəyər.
Mənbə
redaktə- Əsatirlər, əfsanələr və rəvayətlər.