Yasinə bağlar
Yasinə bağlar Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Sin Allahdı, sin göndərdi, sin kəlam,
Sin püşü gətirmiş Yasinə bağlar.
Yüz on dörd surədi tam naibə nam,
Onlar da ixlasın yasinə bağlar.
Sin günə şəqq olmuş sin aya baxar,
Sinədə dəftərin, sin aya baxar.
Seyraqub naməhrəm sinaya baxar,
Çəkib giribanın yar sinə bağlar.
Sin əlif, sin beyn, sin kəlamısan,
Sin çıxar könlündən, sin kəlamı sən.
Sin cümlə aləmin sən pənahısan,
Məmmədhüseyn xilasın yasinə bağlar.