Yavaşca-yavaşca

Yavaşca-yavaşca
Müəllif: Məsləki
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Dolana-dolana gələr
Ölüm yavaşca-yavaşca.
Qəlem alıb yaz derdimi
Gülüm, yavaşca-yavaşca.

Sevinməyir bir dəm yanm,
Sevda oldu öz diyanm.
Küz dedi keçdi bahanm,
Selim yavaşcaj-yavaşca,

Sevdiyim bu yana baxmaz,
Qaş edib kirpiyin yıxmaz.
Qınldı qanadım qalxmaz
Qolum yavaşca-yavaşca.

Bu dünyaya güvənilməz,
Ölməyincə qan kəsilməz.
Məsləki, artar, əksilməz...
Zülüm yavaşca-yaväşca.