Yaxşı danışar

Yaxşı danışar
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 109

Bir yaxşı məclisə yaxşı varanda,
Yaxşı söhbət eylər, yaxşı danışar.
Yamanlar yığılıb, yaman yozmasa,
Yaxşılar guş versə, yaxşı danışar.

Hər zaman olasan yaxşı yanında,
Yaxşı məclisində, yaxşı yanında.
Yaxşı xidmət etsə yaxşı yanında,
Yaman da öyrənər, yaxşı danışar.
 
Novrəs İman deyər, bir halal olsa,
Halaldan törəyən bir halal olsa.
Bir kəsin nütfəsi bir halal olsa,
Musa peyğəmbər tək yaxşı danışar.