Yaxşı oğul, yaxşı ata yerində
Yaxşı oğul, yaxşı ata yerində Müəllif: Xəstə Bayraməli |
Min yaşasın qədir bilən övladı,
Ana vüqarıdı, ata imdadı,
Həyatı, varlığı, eşqi, büsatı,
Yaxşı oğul, yaxşı ata yerində.
Şirin-şəkər bir nübara bənzəyir,
Bitib tükənməyən vara bənzəyir,
Mərdin ocağında qora bənzəyir,
Yaxşı oğul, yaxşı ata yerində.