Yaxşıdı (Aşıq Hüseyn Bozalqanlı)
Yaxşıdı Müəllif: Aşıq Hüseyn Bozalqanlı |
Mənbə: "Aşıq Hüseyn Bozalqanlı" (az.). "Ozan dünyası" jurnalı. 2013. 2016-08-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-09. |
Əzəl bir adamla dostluq eyləsən,
Onu çəksən imtahana, yaxşıdı.
Baxdın, gördün, ilqarına kəc oldu,
Ona tapsan bir bəhanə, yaxşıdı.
Hər kimsə ki, olsa nütfədən halal,
Şirin ləhcə, xoş sədaqət, düz xəyal,
Anlaqlı, həm mərifətli, pürkamal,
Kimdə olsa bu nişanə, yaxşıdı.
Hüseynin sözləri aşikar olar,
Qanana nəsihət yadigar olar.
Çox gülüb danışan biilqar olar,
Əhdə ilqar hər insana yaxşıdı.