Yaxşıdır (Şair Məmmədhüseyn)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yaxşıdır
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.15

Təşrif qılıb bir məclisə varanda,
Yaxşı əyləş, yaxşı otur, yaxşı dur.
Dindirsələr həqiqətdən ver xəbər,
Görən desin, nə maşallah yaxşıdır.

Süvar ollam yaxşı ata yerində,
Kamil ovçu yaxşı ata yerində.
Yaman oğul yaxşı ata yerində,
Qaldığından qalmadığı yaxşıdır.

Məmmədhüseyn deyər, az ələ düşər,
Uçar könlüm quşu əzələ düşər.
Arayıb-axtarsan az ələ düşər,
Yaxşı gövhər, yaxşı sərraf, yaxşı dürr.