Yaxşıdır (Aşıq Mirzə Bilal)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yaxşıdır Müəllif: Aşıq Mirzə Bilal |
Mənbə: "Ozan dünyası" jurnalı. №1(1), 2010. səh.47 |
Namərd ilə şirin şərbət içməkdən
Mərd ilə içməyə ağu yaxşıdır.
Yalançı molladan, qanmaz sufidən,
Mey paylayıb qanan saqi yaxşıdır.
Aşıq Bilal aşıqların atası,
Qəşəd kəndi olub yurdu-yuvası,
Bir insana əgər dəysə xətası,
Kəsilsə qolunun sağı, yaxşıdır.