Yaxşidur (Eşk səfili...)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yaxşidur (Eşk səfili...)
Müəllif: Molla Məhəmməd Səfili
Mənbə: Asif Hacılı. Axısqalı Aşıq Molla Məhəmməd Səfili. Bakı: Mütərcim, 2014.

Eşk Səfili, dəli könül, qayna soğulma,
Maç urud dəryaya taşmax yaxşidur,
Qədirsiz ölkədə turma, boğulma,
Aşıb qarli taği getmax yaxşidur.

Aşıxluxdan düşmişim bən bu amana,
Millət pic törədi, döndi zamana,
Sağın, ağza sögmə, dinə-imana,
Tövbə et günahın pişman yaxşidur.

Der Səfili, namus ari bilmiyan,
Ətmək tanımiyan, tuzi bilmiyan,
İlim ögrənmiyan, yazi bilmiyan,
Ağnamiyan dostdan düşman yaxşidur.