Yaylıq (xalq mahnısı)
Yaylıq Müəllif: Portal:Şifahi xalq ədəbiyyatı |
Həmçinin baxın: Haqqında • |
Mahnının sözləri
redaktə"Yaylıq"
QIZ:
- Anamdan bir yaylıq aldım,
- Heç bilmirəm harda saldım.
- Səndədirsə, ver yaylığı,
- Yaylıq salar ayrılığı, gülüm,
- Gözəl oğlan, ver yaylığı.
- Yaylıq salar ayrılığı, yarcan,
- Gözəl oğlan, ver yaylığı.
OĞLAN:
- Yaylığını tanı, ay qız,
- Məndə yaylıq hanı, ay qız?
- Kim deyir yaylıq məndədir?
- Bəlkə qalıb, çəməndədir, ay gözəl,
- Gəl axtar, tap yaylığını.
QIZ:
- Ay kələkbaz oğlan, oğlan,
- İnciyərəm səndən, inan.
- Gəlməsə yaylıq qarşıma,
- Xəbər verrəm qardaşıma,
- yar, yarcan,
- Gözəl oğlan, ver yaylığı.
- Xəbər verrəm qardaşıma, yarcan,
- Gözəl oğlan, ver yaylığı.
OĞLAN:
- Qurban olum göz-qaşına,
- Gedib demə qardaşına.
- Sevgilinəm, gəl incimə,
- Yaylıq məndədir, gözəllər gözəli,
- Al, ay gözəl, al yaylığı.