Yazıqdır
Müəllif: Aşıq Şenlik
Mənbə: Qəşəm Vəliyev. "Çıldırlı Aşıq Şenlik" (PDF). Azərnəşr (az.). achiqkitab.az. 2012. İstifadə tarixi: 2017-02-14.

Havayı həvəsə ciyərin yaxma,
Ərənlər verdiyi gözə yazıqdır.
Hər gördüyün məhbub dilbərə baxma,
Sorarlar hesabı, gözün yazıqdır.

Əxlaqda həlim ol, pəncədə polad,
Lisanda kamalın hal eylə qat-qat.
Əvvəl sərraf ara, sonra sözün sat,
El qədrin bilməzsə sözün yazıqdır.

%25 tamamlandı