Yaza xitab
Yaza xitab Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005 |
Novruz çıxıb taxtma,
Güllər düşüb baxtına.
Kosa gəlir qabağa,
Nəzər salır tabağa.
Çörəyi yoxdur Kosanın,
Xörəyi yoxdur Kosanın.
A Kosa, Kosa gəlsənə,
Torbanı doldursana!
Kosa döyür gözünü,
İtiribdir özünü.
Ocaq üstə sac qalıb,
Bütün qışı ac qalıb;
Torbasını uzadır,
Hamı bilir, qaydadır.
Kosaya pay verirlər,
Kosaya hay verirlər.
Boz Keçi - Saqqal Ağa,
Kosam çəkir sağa,
Deyir doldur torbanı,
Söndür daha sobanı.
Sonra da gəl güləşək,
Dilimizlə yer eşək.
Kosa baxır keçiyə,
Ürəyinə xof düşür, -
Tez aradan sürüşür.
Keçiyə əl edərək.
Qarı Nənə gələrək,
Deyir Qışı ötürdük!
Gedib Yazı gətirdik!
Yaza çıxdı oğlağım,
Qış gözünə barmağım...
Qarının gəlir sözü
Keçinin çox xoşuna
Dövrə vurub - Novruzun
Dolanırlar başına!
Onun ömrü qırx gündür,
Payızın davamıdır.
Uzun qış əyyamıdır...
Qar səpir asta-asta,
Gülür tanışa, dosta.
Darıxdırmır heç kəsi,
Quyudan gəlir səsi.
Yorğan salır şum üstə,
Qarğalar dəstə-dəstə
Uçub yerə qonurlar,
Sanki qohumluğu var.
Qara qarğa gətirib
Dimdiyində ilk qan.
Yolub yerə tökübdür
Ağacdan yarpaqları.
Ölmüş qurd-quş olubdur
Qarğalarm yeməyi.
Qış öyrədib onlara:
“Q ar-qar” , “Q ar-qar” deməyi.
Qarğa hara, qar hara?
Çox mahaldır, - deyirəm.
Ağ qar üstdə qarğalar
Qara xaldı, - deyirəm!
Ağ libasda düymə tək,
Parıldayır qarğalar!
Qar kosəndə “qarr” deyə,
Qarıldayır qarğalar.
Sonu çatır çillənin,
Çaylar buz altda axır.
Qar getdimi, görməzsən,
Qarğalar yoxa çıxır.
Böyük tufan başlayır
Böyük qardaş gedən tək.
Şaxta tüğyan eləyir;
Kollar yerə sinərək, -
Vıyıldayır küləklər
Budaqları əyərək.
Miyoldayır pişiklər
Bəzən gecə sübhəcən.
Yeri,göyü bürüyür
Dörd tərəfdən duman-çən.
Ocaqlar bərk qalanır,
Qazanda hədik bişir.
Pəncərelər açılmır,
Qapılar tamam şişir.
Küçə, bayır görünmür,
Aynalar naxış olur.
Heç bilmirsən, haradan,
Otağa soyuq dolur.
Kiçik qardaş zalım olur
Böyük qardaşdan yüz yol.
Başını da qaldırmır
Nə bir ağac, nə bir kol.
Dəliqanlıq eləyir
İki qat az ömrünü.
Tezcənə başa vurur
Yartda öz ömrünü!