Yazanda
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Atmaya mürvəti, insaf eyləyə,
Nainsaf olmaya yazı yazan da.
Urcah edə səni gül rüxsarəyə,
Bəxtini əzəldən kimə yazanda.

Vəfasız dilbərin nəfi, xeyri nə,
Alış bir vəfalı yarın xeyrinə.
And iç, uyma yadın bəli-xeyrinə,
Düzünə andını bir də yazanda.

Məmmədhüseynin düz ilqarda var əli,
Köməyidi Şahi-Mərdan, var Əli.
Bəd insanın axırına var, Əli,
Ömrü boyu qalsın yaz an, yaz anda.