Yazdılar
Müəllif: Şair Ağacan
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13.

Əli özü təkcə getdi zülmətə,
Onun getməyini heyə yazdılar,
Səksən min cinləri qırıb qurtardı,
Həqiqət kəlməsin beyə yazdılar.

Məhəmməd oxudu dürlü kəlamı,
Cəbrayıldı haqdan gətdi salamı,
Məşəllədi əcəb çaldı qələmi,
Ərşin pərdəsində seyə yazdılar.

Ağacan istəyir eyləsin xəta,
Cəbrayıldı Haqdan yetən barata,
Məhəmməd şəninə gəldi əl-əta,
Ərşin pərdəsində teyə yazdılar.