Yazdım (Aşıq Alı - Dondarlı Aşıq Hümbət)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yazdım
Müəllif: Aşıq Alı - Dondarlı Aşıq Hümbət
Mənbə: Tərtib edən və redaktor: Qabil Zimistanoğlu. "Aşıq Alı. Əsərləri" (PDF) (az.). "OL" MMC. 2013. ISBN ISBN 978-9952-484-74-8. 2017-01-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-01-01.

AŞIQ ALI
Min rәhmәt söylәrәm kamil ustada,
Әrz etdi dәrsimi düzünә yazdım.
Köçmәsin ünvansız türfә gözәllәr,
Vәsfini mehparә üzünә yazdım.

AŞIQ HÜMBӘT
Mә nim dә us ta da min rәh mә tim var,
Be lә eşit mi şәm, be lә dә yaz dım,
Ömür bo yu gö zәl düş mür di lim dәn,
Gö rәn dә bir qa ra te lә dә yaz dım.

AŞIQ ALI
Kökü safsa, bәhrә verәr әsl dәn,
Bir şeyxi xürrәmәm pakı nәsildәn.
Zaman keçәr, xәta umma әsildәn,
Tәmәnnasız nәğmә yüzünә yazdım.

AŞIQ HÜMBӘT
Usta da ağ olan üz dәn qa ra dı,
Ellәr özü el әh li ni ara dı.
Aşıq odu el işi nә ya ra dı,
Elә eşit miş dim, elә dә yaz dım.

AŞIQ ALI
Әhval tutdu Alı asman zәmindәn,
Kanar qaçdım xilqәt әqli kәmindәn.
Mәğrurlar dönәndә mәtlәb cәmindәn,
Yüz cavab hәr kәlmә sözünә yazdım.

AŞIQ HÜMBӘT
Mәn Hüm bә tәm, qәm li aşıq ya ran dım,
El ara sı döv ran edәm, var an dım.
Nә әf sa nә, nә dә ar sız do lan dım,
Eldә gör dü yü mü elә dә yaz dım.