Yazmasan olmur
Yazmasan olmur (01.04.2022) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Deyillər lal otur, bir kəlmə yazma!
Lalları görəndə yazmasan olmur.
Zəncirdən açılmış arxalı köpək
Üstünə hürəndə yazmasan olmur.
Özünü göstərib sanki bir mələk,
Sümüyü ağzında it oğlu köpək
Xalqın sərvətini ata malıtək
Qapıb götürəndə yazmasan olmur.
Gözəlləri yığıb yanda – yörədə,
Oğurluq malları sərib süfrədə,
Hayasız-hayasız dılqır bir gədə
Kefini sürəndə yazmasan olmur.
Pələngə üzbəüz neylər tülkülər?
Yıxacaq – vurarsa arxadan xəncər.
Siçovul anbarda gizlənsə əgər,
Dəni süpürəndə yazmasan olmur.
Teymurun könlünü duman bürüyüb,
Fələk əzəl başdan düyünü düyüb...
Bəslədiyin küçük bir gün böyüyüb,
Başı gəmirəndə yazmasan olmur!