Yeddidi (Aşıq Alı)

Yeddidi (Aşıq Alı)
Müəllif: Aşıq Alı
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23.

Xaki-zəbun ünvanında
Cəm turabı yeddidi.
Səri-kuydə çeşmə birdi,
Xalis abı yeddidi.
On ikidi abdal sayı,
Əllikidi əzası.
Hər əzanın qüdrətindən
Şabı-tabı yeddidi.

İxtisar eyləmə ayət
İki cismin kəc deyə.
Yetiç elin harayına,
Yubanma fəraq deyə.
Fərbah deyə kar eyləsən,
Düşsən haqqa səcdəyə.
Əzalardan xaka dəyən
Can hesabı yeddidi.

Sər hesaba, qəlb hökmüylə
Cisim aləm bəhrəsin,
Əlvan eylər vücudları,
Açar rəmzin çöhrəsin.
Kimsə görməz əzaların
Bir nöqtəsin, bir nəsin.
Xani-cövlan edən canda
Bir girdabı yeddidi.

Nəzər eylə asimana,
Sirri qalıbdı hesab.
Aşıq Alı, çəkmə qüdrət,
Hər əzaba eylə tab.
Seyrə çıxıb bir bağçanı
Gördüm üç tayın sirab.
Səmasında cövlan edən
Gərdiş qabı yeddidi.