Yenə 2
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Cahanda varmı bilən dərdi-eşqə bir çarə?

Bu eşq o eşqdi Məcnuni qoyubdu avarə.


Bu eşq o eşqdi Fərhadə dağı çapdırdı,

Axırda tişəni başına urdu biçarə.


Bu eşq o eşqdi Sən’an dinini atdı,

Buraxdı məzhəbini, səcdə qıldı zünnarə.


Bu eşq o eşqdi, bir erməni qızma Kərəm,

Axırda vəsl oduna yandı zarü biçarə.


Bu eşq o eşqdi Mənsuri darə çəkdirdi,

Töküldü qanı onun çarsuyi-bazarə.


Bu eşqə heç kəsi, ey xuda, düçar etmə,

Bu eşqə mən düşəli olmuşam günü qarə.