Yenə Zakirin kəlamı

Təzkireyi-Nəvvab
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Heç üşşaqə məgər rəhm nigar etməz imiş,

Mütləqa sərzənişi-xəlqdən ar etməz imiş.


Desə hər kim qəmi-hicrində: filan biçarə,

Səxt rəncurdir, ol suyə güzar etməz imiş.


Əhdü peyman edərmiş, vəli ol səngindil,

Ani vahid sözünün üstə qərar etməz imiş.


Kaş bədhalü bədəhval olaydın, Zakir,

Çünki hal əhli ilə çərx mədar etməz imiş.