Yenə Zakirin qəzəli 2
Yenə Zakirin qəzəli 2 Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Məni bir zülfı-mişkinin qəmi aşüftəhal eylər,
Gətirsə mkhətin badi-səba, dəf’i-məlal eylər.
Qalıbdır bəstəri-möhnətdə dil, vəslin dilər yarın,
Görün bu zə’f talelə necə fıkri-məhal eylər.
Sərasər xəlqi-aləm cümlə müştaqi-cəmalındır,
Göz açmaz kimsə, gün hərçənd izhari-cəmal eylər.
Mən öldüm həsrətindən bir büti-çeşmi-çəhəndazın,
Qətili-tiri-müjgandır, deyin, hər kim sual eylər.
Qılır əğyarlə seyri-çəmən sərvi-sərəfrazım,
Şikəstə Zakiri hər yerdə görsə, payimal eylər.