Yenə seyr eylədi könlüm, dostun cəmalın arzular
Yenə seyr eylədi könlüm, dostun cəmalın arzular Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Yenə seyr eylədi könlüm, dostun cəmalın arzular,
Hicre qatlanımaz könül, dostun cəmalın arzular.
Hər kim uğrarsa bu dərdə bulur himməti ərdə,
Açılı vericek pərdə dostun cəmalın arzular.
Kim ki gerçək mürid ola, bel bağlayub gəlsün yola,
Şol yürəkdə ki dərd ola, dostun cəmalın arzular.
Dostum bəni dəlü qıldı, əqlümi-fikrümi aldı,
Xəyali gözümdə qaldı, dostun cəmalın arzular.
Əvvəl derdi könlüm bana, atlar, donlar gərək bana,
Mövlam bir dərd verdi bana, dostun cəmalın arzular.
Yunusun sözi yerincə, inilər canın verincə,
Ta ölüb sinə girincə dostun cəmalın arzular.