Yeni günə, yeni Arzu-gümanla başlayaq?

Yeni günə, yeni Arzu-gümanla başlayaq!? (1993)
Müəllif: RAUF CAVAD

Xoş gəldin yeni gün! Səhəri canla başlayaq!
Sevincin bol olsun! Tazə imanla başlayaq!

Günü xoş Ümidlə, isti Sevgi ilə quraq!
Yeni günə, yeni Arzu-gümanla başlayaq!?

Gün xoş keçəndə gözəldir həyatı yaşamaq!
Sevinci bölüşməyi, hər insanla başlayaq!

Günəş tək parıldayan nur şüaları olaq!
Hər tərəfə işıq saçaq! Əzanla başlayaq!

Dolsun yer üzü yaxşılıqla olsun abadlıq!
Gəlsin dünyamıza sülh-barış! Şanla başlayaq!

Bir-birimizin səhvini gərək bağışlayaq!
Unudub kin-küdurəti, qananla başlayaq!

Arxalanaq dostluğa-qardaşlığa, bir olaq!
Sözdə-əməldə bûtöv, tam imkanla başlayaq!

Yenilməzdir birlik, mərdlik olsa arxa-dayaq!
Gözəldi eşqü-şühəda! Gəl, sanla başlayaq!

Başdan ayağa yuyunub, təmizlənib qalaq!
Gəl, qüsl-dəstəmaz alıb, pak quranla başlayaq!

Görək həqiqəti, yaxşını pisdən ayıraq!
Əyrini düzəldib, düzgün qalanla başlayaq!

Dünya bizimdir! Gəlin, Həqqi düzgün anlayaq!
Yaxşı düşünüb, düz-diqqətli anla, başlayaq!

Nəfslə dua edib, əlləri göyə qaldıraq!
Yalnız yaxşını istəyib, amanla başlayaq!

Diqqət elə aləmə! Düşün, Xəyal quraraq!
Gör Hikməti, gəl! Nizami, sən danla, başlayaq!

Hazırsınızmı! Yenidən ağ vərəqdən yazaq!?
Dünyan qaralmadan, Azad Zamanla başlayaq?!
 
Rauf olsun bizlərə şüar, Ümid də dayaq!
Ülvi duyğularla, xoş həyacanla başlayaq!