Yeni türk əlifbaçılara

Yeni türk əlifbaçılara
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad (2005). Seçilmiş əsərləri (az). Şərq-Qərb. Orijinal mənbədən 2018-09-27 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-27.

Mən bir aşiqəm ki, bu çaldığım saz
Dumanlı dağlara səs salacaqdır.
Anlatdığım dildə inləyən avaz
Elin xatirində çox qalacaqdır!
Doğrayacaq səsirtı dağda dumanı,
Dinləyəcək məni dağın çobanı!
О mənim sorduğum "sevdiyim hanı?"
Təbiət dəyişib, yaz olacaqdır!
Qorxutmayır məni bu yanmayanlar,
İsrafıl surundan oyanmayanlar!
Göstərdiyim yola inanmayanlar
Yenilik yolunda ad alacaqdır!
Mən şahid tuturam ayı, yıldızı,
Ayılacaq yurdun oğulu, qızı;
О yankı ellərin özbək, qırğızı,
Bu yeni dərgaha yol bulacaqdır!