Yeri (Usta Abdulla)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yeri Müəllif: Usta Abdulla |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Bir zamaılar at oynadıb,
Gəzdi bəylər bizim yeri.
El oyandı bu qəflətdən,
Heç qalmadı dözüm yeri.
Sənin kimi var köməyim,
Haqdan düzəldi diləyim,
İşıq tapıbdır eynəyim,
Yaxşı seçir gözüm yeri.
Yerdən duman çəkilibdi,
Torpaq bizə əkilibdi,
Qaçaq-quldur çəkilibdi,
Bir dolanım, gəzim yeri.
Qırdıq bəyi, tutduq xanı,
Onlardan göstər bir hanı?
Sən gəl dindir Abdullanı,
Yaxşı ötür sözüm, yeri.